Ərdoğan ABŞ-ın Fətullah Güləni ekstradisiya edəcəyinə ümid bəsləyir

Ərdoğan ABŞ-ın Fətullah Güləni ekstradisiya edəcəyinə ümid bəsləyir "Vaşinqton və Ankaranın cinayətkarların təhvil verilməsinə dair qarşılıqlı sazişi var"
Region
19 İyul , 2016 02:58
Ərdoğan ABŞ-ın Fətullah Güləni ekstradisiya edəcəyinə ümid bəsləyir

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, ABŞ cinayətkarların təhvil verilməsinə dair razılaşmaya əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və Ankaranın Türkiyədə çevriliş cəhdində ittiham etdiyi müxalifətçi Fətullah Gülənin ekstradisiyasına razılıq verəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə lideri Amerikanın CNN telekanalına müsahibəsində bildirib.

Ərdoğan xatırladıb ki, Vaşinqton və Ankaranın "cinayətkarların təhvil verilməsinə dair qarşılıqlı sazişi var".

"Nə zaman siz kiminsə ekstradisiyasını istəyirsiz, mən yerinə yetirirəm, axı siz mənim strateji tərəfdaşımsınız. Mən bu prinsipləri rəhbər tuturam, lakin siz yox, əlbəttə belə şeylərdə qarşılıqlılıq olmalıdır", - deyə o bildirib.

Ötən bazar ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Vaşinqton Güləni Türkiyəyə kifayət qədər əsaslar olacağı təqdirdə təhvil verə bilər.

Son xəbərlər

Orphus sistemi