Bakı. 1 sentyabr. REPORT.AZ/ Britaniyanın "British Airways" (BA) hava şirkəti 4 ildən sonra sentyarbın 1-dən etibarən İrana uçuşları bərpa edib.
"Report" şirkətin saytına istinadən xəbər verir ki, sentyabrın 1-dən Tehrana həftədə 6 dəfə uçuş həyata keçiriləcək.
Məlumata görə, cari ilin sonunda BA həftəlik uçuş rejimindən gündəliyə keçməyi planlaşdırır.
Uçuş cədvəlinə uyğun olaraq, ilk təyyarə bu gün Bakı vaxtı ilə saat 12-də Tehrana uçub.
Qeyd edək ki, 2012-ci ildə "British Airways" İrana tətbiq edilən sanksiyalar çərçivəsində Tehrana uçuşları dayandırmışdı.
Bu yaxınlarda 8 illik fasilədən sonra Fransanın "Air France" hava şirkəti də İrana uçuşları bərpa edib.