​Belarusda prezident seçkisinə hazırlıq başlayıb

​Belarusda prezident seçkisinə hazırlıq başlayıb Prezident seçkisinin bu il noyabrın 15-də keçiriləcəyi gözlənilir
Region
14 May , 2015 14:25
​Belarusda prezident seçkisinə hazırlıq başlayıb

Bakı. 14 may. REPORT.AZ/ Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) növbəti prezident seçkisinə hazırlıq işlərinə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

Məlumata görə, ölkədə növbəti prezident seçkisinin bu il noyabrın 15-də keçiriləcəyi gözlənilir. Avqustun ortalarında Belarus parlamenti bu siyasi kampaniyanın tarixini müəyyənləşdirəcək.

MSK sədri seçki ilə bağlı kitabçaların hazırlandığını deyib. 

Son xəbərlər

Orphus sistemi