Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb.
Region
28 Aprel , 2024 17:53
Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb.

“Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayevo kəndinin yaxınlığında “Chevrolet Lanos” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində biri həddi-büluğa çatmamış şəxs olmaqla üç nəfər ölüb, biri azyaşlı olmaqla yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib”, – mətbuat xidməti bildirib.

Eyni zamanda, qeyd olunub ki, yaralananlardan biri sonradan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl eyni regionda çoxsaylı ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi olmuşdu.

Son xəbərlər

Orphus sistemi