Bakı. 13 mart. REPORT.AZ/ Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətinin sentyabrın 15-dək uzadılması haqda qərar qəbul edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Şuranın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 150 fiziki və 37 hüquqi şəxsə tətbiq edilib.
Xatırladaq ki, Ukrayna vətəndaşları arasında separatçıların liderləri, ölkənin keçmiş prezidenti və onun yaxın tərəfdarlarının adları yer alıb.