Bakı. 2 mart. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandan nüvə proqramı ilə bağlı bütün mübahisəli sualları cavablandırmağı sürətləndirməsini tələb edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda AEBA-nın baş direktoru Yukiya Amano deyib.
"Məsələ ilə bağlı proses sonsuzadək davam edə bilməz", - agentliyin İdarə Heyətinin iclasında çıxış edən baş direktor vurğulayıb.
Xatırladaq ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqarmının hərbi məqsədli olub-olmamasını aydınlaşdırmaq məqsədilə rəsmi Tehrana suallar ünvanlayıb.