ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib

ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib Cozef Bayden İstanbul və Mardində törədilmiş terror aktlarında həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib
Region
9 İyun , 2016 13:46
ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib

Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, C.Bayden iyunun 7-də İstanbulda, növbəti gün isə Mardində törədilmiş terror aktlarında həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyib.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə olub.  

Son xəbərlər

Orphus sistemi