Bakı. 09 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların İstanbuldakı konsulluğu təhlükəsizlik üçün yaranan təhlükə ilə əlaqədar dekabrın 9-da öz işini dayandıracaq.
"Report" xəbər verir ki, bu barədə idarənin saytında bildirilir.
"ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun təhlükəsizliyi üçün təhlükənin yaranması ilə əlaqədar məlumat səbəbindən, səfirlik 2015-ci il 9 dekabr tarixində məhdud rejimdə fəaliyyət göstərəcək", — deyə elanda qeyd olunur.
Bildirilir ki, bu günə planlaşdırılan xidmətlərin göstərilməsi daha gec müddətə təyin olunacaq. Konsulluq Birləşmiş Ştatlar vətəndaşlarını son dərəcə ayıq-sayıq olmaq, yerli hadisələri izləmək və öz təhlükəsizliklərini gücləndirmək üçün müvafiq tədbirlər görməyə çağırıb.
Təhlükənin mahiyyəti dəqiqləşdirilir.
Məlumata görə, Ankaradakı səfirlik, Adanadakı konsulluq və İzmirdəki konsulluq nümayəndəliyi adi rejimdə işləyəcək.