Bakı. 9 aprel. REPORT.AZ/ ABŞ İran hakimiyyətindən Yəməndəki husi qiyamçılarını dəstəkləməyi dayandırmasını tələb edib.
"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
Onun sözlərinə görə, İranın hədələyəcəyi Yaxın Şərq dövlətlərini ABŞ dəstəkləyəcək və bölgədə sabitliyin pozulmasını kənardan izləməyəcək.