​Çexiya prezidenti Ermənistanda Qarabağ münaqişəsini müzakirə edəcək

​Çexiya prezidenti Ermənistanda Qarabağ münaqişəsini müzakirə edəcək Miloş Zeman çərşənbə axşamı İrəvana gedəcək
Qarabağ
7 İyun , 2016 02:23
​Çexiya prezidenti Ermənistanda Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 7 iyun. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman çərşənbə axşamı erməni həmkarı Serj Sarqsyanın dəvəti ilə İrəvana iki günlük dövlət səfərinə gedəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zeman səfər çərçivəsində prezident Sarqsyan, parlamentin spikeri Qalust Saakyan, baş nazir Ovik Abramyanla görüşəcək.

Çexiyanın Ermənistandakı səfiri Petr Mikiskanın bundan əvvəl verdiyi məlumata görə, Miloş Zeman Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə də toxunacaq.

Son xəbərlər

Orphus sistemi