Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 47 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 47 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
4 Dekabr , 2014 09:33
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 47 dəfə pozulub
Bakı. 4 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi