ABŞ-ın böyük şəhərlərində "Qarabağ Azərbaycandır!" lövhələri quraşdırılıb

ABŞ-ın böyük şəhərlərində "Qarabağ Azərbaycandır!" lövhələri quraşdırılıb ABŞ-ın Texas ştatının Hyuston və Dallas şəhərlərinin mərkəzi yollarında Azərbaycan bayrağı və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) şüarının yazıldığı lövhələr quraşdırılıb.
Qarabağ
11 Dekabr , 2020 12:50
ABŞ-ın böyük şəhərlərində Qarabağ Azərbaycandır! lövhələri quraşdırılıb

ABŞ-ın Texas ştatının Hyuston və Dallas şəhərlərinin mərkəzi yollarında Azərbaycan bayrağı və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan!” (“Qarabağ Azərbaycandır!”) şüarının yazıldığı lövhələr quraşdırılıb.

“Report”un xüsusi müxbiri xəbər verir ki, lövhələr Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundovanın və Dallas şəhərində yaşayan həmyerlimiz, sənətşünaslıq doktoru, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü ilə qoyulub.

Lövhələr ABŞ-ın tanınmış dizayneri Meri Gibson tərəfindən dizayn edilib.

İ.Axundova lövhələrin quraşdırıldığı bölgələrin hər gün yüzlərlə avtomobilin hərəkət etdiyi yol qovşaqları olduğunu bildirib: “Lövhələr əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbəyə həsr edilib. Löhvələrdən biri şəhərin mərkəzindən Hyuston Universitetinə gedən yolun üzərinə, digəri isə Hyustonun ən böyük tibb mərkəzinə gedən yola qoyulub. Günün bütün saatlarında tıxacların yaşandığı bu yollarda insanlar ətrafa göz gəzdirdikləri zaman Azərbaycanın xəritəsi, ərazi bütövlüyü, Qarabağ atlarının təsvir olunduğu və “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı lövhələri görürlər. Bu lövhələr düşmən üzərində qələbəmizin simvolik təsviridir”.

O deyib ki, Hyuston şəhərində yaşayan erməni diasporunun nümayəndələri şikayət edərək lövhələri qaldırmaq istəsələr də, onların bu cəhdləri həmişəki kimi uğursuz olub. Lövhələr bir ay müddətində ərazidə nümayiş olunacaq.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın Minnesota, Florida, Şimali Karolina ştatları da daxil olmaqla, bir çox böyük şəhərlərdə mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi