"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayənədəsi Cen Psaki bildirib.
"Biz Dağlıq Qarabağdakı gərginlikdən narahatıq", - deyə o söyləyib. Onun sözlərinə görə, Vaşinqton "hər iki tərəfi regionda sülhün əldə olunması üçün danışıqlarda iştirak etməyə çağırır".
Öz növbəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin bərpa olunması problemin sülh yolu ilə həllinə xidmət etməyəcək.