Useyn Bolt olimpiadada mətbuat konfransından sonra samba oynayıb - VİDEO

Useyn Bolt olimpiadada mətbuat konfransından sonra samba oynayıb - VİDEO Yamaykalı sprinter publikanı əyləndirmək üçün dəvət olunmuş bir neçə qızla rəqs edib
Fərdi
9 Avqust , 2016 19:17
Useyn Bolt olimpiadada mətbuat konfransından sonra samba oynayıb - VİDEO

Bakı. 9 avqust. REPORT.AZ/ Yamaykalı sprinter Useyn Bolt XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərində mətbuat konfransından sonra samba oynayıb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, məşhur atlet bir saatdan çox davam edən tədbirin ardından publikanı əyləndirmək üçün dəvət olunmuş bir neçə qızla rəqs edib.

29 yaşlı idmançının mətbuat konfransına maraq o qədər böyük olub ki, Cənubi Amerika ərazisindəki ən böyük teatrı kirayələmək lazım gəlib. Bolt samba oynadıqdan sonra "Daha gur alqışlamalısınız. Bu, zəif idi" deyə zarafat edib.

Məşhur atlet olimpiadanın Açılış mərasimini məşqlərə tam köklənmək istəyi ilə əlaqədar buraxıb. Onun ilk qaçışı avqustun 13-də 100 metr məsafəyə olacaq. Yamaykalı sprinter 200 metr və estafetlə 4X100 metr məsafələrə də qaçacaq.

Qeyd edək ki, Useyn Bolt 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında üst-üstə 6 qızıl medal qazanıb. Onun aktivində 11 dünya çempionluğu da var. 

Son xəbərlər

Orphus sistemi