Bakı. 12 avqust. REPORT.AZ/ Amerikalı Maykl Felps 2016-cı ildə Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə kompleks üzmədə qızıl medal qazanıb.
"Report" xəbər verir ki, bununla da, o, 22-ci dəfə olimpiya çempionu adını qazanmış olub.
Felps bu medalların 3 ədədini Rio-de-Janeyroda əldə edib.
Amerikalı idmançının Olimpiya Oyunlarında ilk medalı 2004-cü ildə Afinada qazanılıb. Onun aktivində ümumilikdə 26 olimpiya medalı var (22 qızıl, 2 gümüş və 2 bürünc).