​Azərbaycanlı atlet "Rio-2016"da mübarizəyə başlayır

​Azərbaycanlı atlet "Rio-2016"da mübarizəyə başlayır Mübarizəyə saat 19:04-də start veriləcək
Fərdi
16 Avqust , 2016 12:18
​Azərbaycanlı atlet Rio-2016da mübarizəyə başlayır

Bakı. 16 avqust. REPORT.A/ Türkiyə yığmasının heyətində çıxış edən Ramil Quliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. 

"Report"un məlumatına görə, azərbaycanlı atlet 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

26 yaşlı atlet ilk mərhələdə 3-cü qrupda mübarizə aparacaq. Yarışa Bakı vaxtı ilə saat 19:04-da start veriləcək. Quliyev ilk iki pillədə qərarlaşacağı təqdirdə avqustun 18-də yarımfinal yarışlarında iştirak edəcək.

Qeyd edək ki, final yarışları avstun 19-da olacaq.

Son xəbərlər

Orphus sistemi