Cüdoçu Nicat Şıxəlizadə Olimpiadada mübarizəni dayandırıb - YENİLƏNİB

Cüdoçu Nicat Şıxəlizadə Olimpiadada mübarizəni dayandırıb - YENİLƏNİB Cüdoçumuz 1/8 final mərhələsində italiyalı Fabio Bazileyə uduzub
Fərdi
7 Avqust , 2016 18:49
Cüdoçu Nicat Şıxəlizadə Olimpiadada mübarizəni dayandırıb - YENİLƏNİB

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 66 kq. çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/8 final mərhələsində italiyalı Fabio Bazileyə uduzub.

Görüşün əvvəlində ona, ortalarında isə rəqibinə xəbərdarlıq edilib. Lakin 2 dəqiqə 39 saniyənin tamamında Basile ippon fəndi ilə qələbəyə nail olub.

Beləliklə, Şıxəlizadə Olimpiadada ikinci görüşündə uduzub. O, 1/16 finala təsadüf edən ilk qarşılaşmasında ispaniyalı Suqoy Uriarteni xal hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, ötən gün Orxan Səfərov (60 kq) 5-ci yerlə kifayətlənib. Qarşıdakı günlərdə Azərbaycanın daha 4 cüdoçusu - Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

***17:37

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə ilk görüşünə çıxıb. "Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 1/16 finalda ispaniyalı Suqoy Uriarte ilə üz-üzə gəlib.

Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Az sonra Uriarte növbəti cərimə xalı alıb. Üstəlik, Şıxəlizadə ona fənd tətbiq edərək, yuko xalı alıb. Sona doğru Azərbaycan cüdoçusu da növbəti xəbərdarlıq xalı alsa da, ümumi nəticədə qələbəni əldən verməyib.

Qeyd edək ki, Nicat Şıxəlizadə 1/8 finalda Fabio Bazile (İtaliya) ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi