Gəncədə İmamzadə dini-memarlıq kompleksində son tamamlama işləri aparılır - FOTO

Gəncədə İmamzadə dini-memarlıq kompleksində son tamamlama işləri aparılır - FOTO Kompleksdə işlərin əsas hissəsi yekunlaşıb
Multimedia
14 May , 2015 09:45
Gəncədə İmamzadə dini-memarlıq kompleksində son tamamlama işləri aparılır - FOTO

Gəncə. 14 may. REPORT.AZ/ Azərbaycanın  dini abidələrindən biri olan Gəncə İmamzadə kompleksində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. "Report"un məlumatına görə kompleksin ərazisində məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan 4 yeni tikili inşa edilib. 

Dini kompleksdə yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək. 

İmamzadə kompleksində tikilən əsas binalardan biri də 200 yerlik mehmanxanadır. 200 nəfərin çalışdığı kompleksdə işlərin əsas hissəsi yekunlaşıb. Podratçı şirkət nümayəndələrinin bildirdiyinə görə, tikinti işlərində yalnız yerli materiallardan istifadə olunub.  

Xatırladaq ki, İmamzadə dini-memarlıq kompleksinin əsaslı təmir-bərpasına və yenidən qurulmasına 2011-ci ildən başlanılıb. İşlərin yekunlaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə əlavə 5 milyon manat vəsait ayrılıb. 

Son xəbərlər

Orphus sistemi