TBMM sədri Mustafa Şentop Milli Məclis üzvlərini təbrik edib

TBMM sədri Mustafa Şentop Milli Məclis üzvlərini təbrik edib Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib
Milli Məclis
14 May , 2021 19:33
TBMM sədri Mustafa Şentop Milli Məclis üzvlərini təbrik edib
Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi