Bakı. 27 noyabr. REPORT.AZ/ "Azərbaycanda keçirilən parlament seçkiləri azad, şəffaf və demokratik seçkilərə doğru daha bir addım idi. Səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir".
"Report"un verdiyi xəbərə görə, bu barədə bu gün Sofiyada AŞPA-nın Daimi Komitəsinin iclasında müzakirə edilən AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı yekun hesabatında deyilir.
Nümayəndə heyətinin rəhbəri Jordi Çukla Kostanın hesabatında qeyd olunur ki, seçki günü ölkə üzrə çox sakit keçdi, heç bir ciddi qanun pozuntusu qeydə alınmadı.
Yekun hesabatın mətni AŞPA-nın rəsmi saytında dərc edilib.