Bakı. 6 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) şikayətinə baxılıb.
“Report”un məlumatına görə, o, şikayətində bildirib ki, noyabrın 1-də parlament seçkilərində səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları baş verib. E.Seyidcahan həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.
MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib.