​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI

​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI İndiyədək ümumilikdə 19 nəfərin deputatlığa namizədliyi təsdiqlənib
Milli Məclis
21 Sentyabr , 2015 15:38
​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI

Bakı. 21 sentyabr. REPORT.AZ/ Milli Məclisin hazırkı üzvlərindən 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, 3 saylı Babək-Kəngərli-Naxçıxan Seçki Dairəsindən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin (bitərəf), 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Madər Musayevin (bitərəf), 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən Adil Əliyevin (bitərəf), 35 saylı Xətai üçüncü Seçki Dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadənin, 52 saylı Quba Seçki Dairəsindən Vahid Əhmədovun (bitərəf), 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Astan Şahverdiyevin deputatlığa namizədliyi qeydiyyata alınıb.

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ümumilikdə, indiyədək 19 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi