Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti sabah - noyabrın 7-də başa çatacaq.
"Report" xəbər verir ki, "V çağırış Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, hesabat səsvermə günündən sonra 5 gün müddətində təqdim olunmalıdır.
Dairə seçki komissiyalarının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə noyabrın 12-də başa çatacaq.