​Məntəqə seçki komissiyalarının maliyyə hesabatının DSK-lara təqdim edilməsi müddəti başa çatır

​Məntəqə seçki komissiyalarının maliyyə hesabatının DSK-lara təqdim edilməsi müddəti başa çatır DSK-ların maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə noyabrın 12-də başa çatacaq
Milli Məclis
6 Noyabr , 2015 09:24
​Məntəqə seçki komissiyalarının maliyyə hesabatının DSK-lara təqdim edilməsi müddəti başa çatır

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti sabah - noyabrın 7-də başa çatacaq.

"Report" xəbər verir ki, "V çağırış Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, hesabat səsvermə günündən sonra 5 gün müddətində təqdim olunmalıdır.

Dairə seçki komissiyalarının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə noyabrın 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi