Azərbaycanda parlament seçkilərini müşahidə edəcək xarici müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda parlament seçkilərini müşahidə edəcək xarici müşahidəçilərin sayı açıqlanıb MSK 22 beynəlxalq qurumdan 283 müşahidəçini qeydiyyata alıb
Milli Məclis
17 Oktyabr , 2015 12:44
Azərbaycanda parlament seçkilərini müşahidə edəcək xarici müşahidəçilərin sayı açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-də artıq müşahidəçi qeydiyyatdan keçib. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb. M.Pənahov əlavə edib ki, hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi