​Türkiyənin Azərbaycandakı səfirliyi və Mətbuat Şurası jurnalistlər arasında müsabiqə elan edib

​Türkiyənin Azərbaycandakı səfirliyi və Mətbuat Şurası jurnalistlər arasında müsabiqə elan edib Müsabiqə üçün yazılar oktyabrın 3-dən 30-dək Türkiyənin Azərbaycandakı Səfirliyində qəbul ediləcək
Media
2 Oktyabr , 2014 17:42
​Türkiyənin Azərbaycandakı səfirliyi və Mətbuat Şurası jurnalistlər arasında müsabiqə elan edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda müsabiqə elan edib.

Mətbuat Şurasından “Report”a verilən məlumata görə, müsabiqə Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaq məqsədilə keçirilir.

Müsabiqəyə təqdim olunacaq yazılar üçün “Türkdilli Ölkələrin və Toplumların Media Forumu: ideyanın yaranması, təşəkkülü və gələcəyə baxış” istiqaməti müəyyənləşdirilib. Müsabiqədə 3 yer nəzərdə tutulub. Qalib Türkdilli Ölkələrin və Toplumların noyabrın 15-də Şimali Kiprdə keçiriləcək IV Forumunda iştirak hüququ əldə edəcək. İkinci və üçüncü yerə layiq görülmüş jurnalistlər Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin müxtəlif yerlərinə təşkil ediləcək turlarda iştirak hüququ qazanacaqlar.

Müsabiqə üçün yazılar oktyabrın 3-dən 30-dək Türkiyənin Azərbaycandakı səfirliyində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqənin nəticələri noyabr ayının 5-dək açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi