​Telekanallarda dillə bağlı aparılan monitorinqlər noyabrın əvvəlində bitəcək

​Telekanallarda dillə bağlı aparılan monitorinqlər noyabrın əvvəlində bitəcək "Nəticələrin noyabrın sonlarına doğru açıqlanması nəzərdə tutulub"
Media
6 Oktyabr , 2015 11:29
​Telekanallarda dillə bağlı aparılan monitorinqlər noyabrın əvvəlində bitəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında ədəbi dilin normalarına əməl olunmasının vəziyyəti ilə bağlı apardıqları monitorinqlər oktyabr ayı ərzində də davam edəcək. Bu barədə "Report"a MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O deyib ki, monitorinqlər noyabr ayının əvvəlində bitəcək: "Bundan sonra qruplaşdırma aparılacaq. Nəticələrin noyabrın sonlarına doğru açıqlanması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi