Bakı. 26 mart. REPORT.AZ/ Tbilisidə “Cənubi Qafqaz və Şərqi Avropa ölkələrində ictimai xidmət mediasının transformasiyası ilə bağlı çağırışlar” mövzusunda keçirilən ikigünlük seminar martın 26-da başa çatıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, seminarda Avropa Yayım Birliyinə üzv ölkələrin ictimai yayımçıları arasında əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi məsələsi əsas müzakirə mövzusu olub.
Çıxışlarda Şuraya üzv dövlətlərin müvafiq qurumları tərəfindən birgə layihələrin hazırlaması və işlənməsi, qısametrajlı və çoxseriyalı filmlərin çəkilməsi, təcrübə mübadiləsi, rəqəmsal texnologiyalardan istifadənin təkmilləşdirilməsi və s. təkliflər səsləndirilib. Belə layihələrin qrant əsasında reallaşdırılması məqsədəuyğun hesab olunub.
Avropa Yayım Birliyi, ATƏT, Avropa İttifaqı və Gürcüstanın İctimai Televiziyasının birgə təşkil etdiyi tədbirdə Azərbaycanı İctimai Televiziya və Radio Yayımları şirkətinin əməkdaşları təmsil ediblər.