Modern.az-ın 7 yaşı tamam olur

Modern.az-ın 7 yaşı tamam olur Sayt 2009-cu ilin sentyabrın 1-də yaradılıb
Media
31 Avqust , 2016 15:38
Modern.az-ın 7 yaşı tamam olur

Bakı. 31 avqust. REPORT.AZ/ Sabah Modern.az xəbər agentliyinin yaranma günüdür.

“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 7 il ötür.

2009-cu ilin sentyabrın 1-də yaradılan Modern.az saytı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Saytın təsisçisi Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, baş redaktoru isə Əfqan Qafarlıdır.

“Report” İnformasiya Agentliyi olaraq Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Son xəbərlər

Orphus sistemi