İsveçrənin populyar qəzeti Bakı haqqında məqalə dərc edib

İsveçrənin populyar qəzeti Bakı haqqında məqalə dərc edib Məqalədə Heydər Əliyev Mərkəzinə xüsusi diqqət ayrılıb
Media
19 Sentyabr , 2016 12:03
İsveçrənin populyar qəzeti Bakı haqqında məqalə dərc edib

Bern. 19 sentyabr. REPORT.AZ/ İsveçrədə həftənin bazar günləri nəşr edilən ən böyük tirajlı "Sonntags Zeitung" qəzetində Bakı haqqında məqalə dərc edilib.

"Report"un İsveçrə bürosunun verdiyi məlumata görə, "Bakı alovun dilləri ilə danışır" ("Baku speaks with fiery tongues") adlı yazı səyahət bölməsində dərc edilib. Məqalədə Azərbaycan paytaxtında binaların qeyri-adi memarlığı və küçələrin təmiz olması vurğulanıb.

Yazıda yerli əhali arasında xüsusi fəxr hissi oyadan Heydər Əliyev Mərkəzinə xüsusi diqqət ayrılıb.

İsveçrə qəzetində Azərbaycan haqqında məqalə ölkənin turizm potensialını inkişaf etdirmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi