Hüquq şöbəsinin müdiri: “İndiyədək ANS-in MTRŞ-ya qarşı məhkəmə iddialarından yalnız biri təmin olunub”

Hüquq şöbəsinin müdiri: “İndiyədək ANS-in MTRŞ-ya qarşı məhkəmə iddialarından yalnız biri təmin olunub” “ANS hər zaman əks mövqe nümayiş etdirib”
Media
16 Oktyabr , 2015 16:31
Hüquq şöbəsinin müdiri: “İndiyədək ANS-in MTRŞ-ya qarşı məhkəmə iddialarından yalnız biri təmin olunub”

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Milli Televiziya və Radio Şurası (MTRŞ) yarandığı vaxtdan ANS Müstəqil Yayım və Media Şirkəti qurumun çıxardığı qərarlarla bağlı hər zaman əks mövqe nümayiş etdirib və bir neçə dəfə məhkəməyə müraciət edib".

Bunu "Report"a açıqlamasında MTRŞ-nin Hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib. 

Onun sözlərinə görə, bu günə kimi ANS-lə bir neçə məhkəmə çəkişməsi olsa da, onlardan yalnız biri ANS-in lehinə qərarla yekunlaşıb: "ANS TV MTRŞ-nin çıxardığı qərarlarla heç bir zaman razılaşmayıb. Bir neçə dəfə məhkəmə iddiası qaldırsa da, onlardan yalnız birində iddiası təmin olunub. Efirdə insanların daxilindən cin çıxarılması prosesinin uşaqların psixologiyasına mənfi təsir göstərdiyini açıqladığımıza görə MTRŞ-ni məhkəməyə vermişdilər. Orada tibbi ekspertlərin hansı arqumentdən çıxış etdiklərini bilmirəm, amma bu halın uşaqlara mənfi təsir etmədiyini bildirdilər. Məhkəmə də ekspertlərin rəyinə əsasən ANS-in iddiasını təmin etmişdi".

N.Cavadov bildirib ki, digər məhkəmələr hər zaman MTRŞ-in xeyrinə bitib: "ANS sonuncu dəfə MTRŞ-ni "Salam Azərbaycan" verilişinin yayımını dayandırdığına görə məhkəməyə verib. Digər verilişlərlə bağlı MTRŞ-ni məhkəməyə vermələri ilə bağlı bildiriş almamışıq".

Son xəbərlər

Orphus sistemi