Dövlət idarəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Dövlət idarəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub Sumqayıt Texnologiyalar Parkı Aparatının tərkibində mətbuat xidməti yaradılıb
Media
25 May , 2016 15:54
Dövlət idarəsinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Bakı. 25 may. REPORT.AZ/ Sumqayıt Texnologiyalar Parkına (STP) yeni mətbuat xidməti təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifəyə Rüstəm Əbülfət oğlu Allahverdiyev təyin edilib.

Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatın tərkibində mətbuat xidməti yaradılıb.

Qeyd edək ki, Rüstəm Allahverdiyev 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

İndiyədək müxtəlif qəzetlərdə müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidmətlərində işləyib. Zaqatalanın "Simruq" futbol klubunda mətbuat xidmətinin rəhbəri olub. 

Son xəbərlər

Orphus sistemi