​BMT jurnalistlərin münaqişə zonalarında qorunması haqqında qətnamə qəbul edib

​BMT jurnalistlərin münaqişə zonalarında qorunması haqqında qətnamə qəbul edib Sənəd yekdilliklə qəbul olunub
Media
28 May , 2015 01:03
​BMT jurnalistlərin münaqişə zonalarında qorunması haqqında qətnamə qəbul edib

Bakı. 28 may. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası dünyanın müxtəlif yerlərində gedən münaqişələr zamanı jurnalistlərin müdafiəsinin təşkil olunması, həmçinin oğurlanmış KİV nümayəndələrinin azad edilməsi tələbi ilə qətnamə qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, sənəd yekdilliklə qəbul olunub.

BMT Baş katibinin müavini Yan Eliasson bildirib ki, "2006-2013 -cü illər dövründə 593 jurnalist qətlinin 273-ü münaqişə zonalarında baş verib".

Bununla yanaşı o qeyd edib ki, münaqişə zamanı öldürülən jurnalistlərin ümumi sayından 95%-i yerli KİV nümayəndələri olub.

Son xəbərlər

Orphus sistemi