"AzərTAc" “BakuTel-2014” sərgisində öz stendi ilə təmsil olunur

"AzərTAc" “BakuTel-2014” sərgisində öz stendi ilə təmsil olunur Stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş edilir
Media
2 Dekabr , 2014 19:25
AzərTAc “BakuTel-2014” sərgisində öz stendi ilə təmsil olunur

Bakı. 2 dekabr. REPORT.AZ/ Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi - “BakuTel-2014”-də "AzərTAc" da öz stendi ilə təmsil olunur.

"Report"un məlumatına görə, “BakuTel”in XX yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Hər il olduğu kimi, bu dəfə də "AzərTAc"ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından bəhs edən videoreportajlar nümayiş olunur.

Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 7 dildə xəbər yayan "AzərTAc"ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.

Ənənəvi olaraq hər il keçirilən “BakuTel” sərgisinin media tərəfdaşı olan "AzərTAc"ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Son xəbərlər

Orphus sistemi