​Avropa Şurasının nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

​Avropa Şurasının nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar Əflatun Amaşov ölkədə söz və ifadə azadlığı ilə bağlı prosesləri diqqət mərkəzində saxladığını deyib
Media
24 İyun , 2015 17:59
​Avropa Şurasının nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

Bakı. 24 iyun. REPORT.AZ/ Bu gün Avropa Şurasının Azərbaycanda səfərdə olan nümayəndələri Leila Marçaniya və Şahin Abbasov Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar. Bu barədə “Report”a MŞ-dan məlumat verilib.

MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın ölkədə söz və ifadə azadlığı ilə bağlı prosesləri diqqət mərkəzində saxladığını deyən Ə.Amaşov rəhbəri olduğu qurumun mövcud istiqamətdə Avropa Şurasının Bakı ofisi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Qeyd edək ki, AŞ nümayəndələrinin Azərbaycana səfəri qurumun “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və mətbuat azadlığı” layihəsi əsasında reallaşdırılmaqdadır. Layihə barədə məlumat verən L.Marçaniya mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə də əlaqələrin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi