“Report” İnformasiya Agentliyinin “Media Məktəbi”nə qəbul davam edir

“Report” İnformasiya Agentliyinin “Media Məktəbi”nə qəbul davam edir “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”nin növbəti qrupuna qəbul davam edir.
Media
13 Oktyabr , 2023 12:41
“Report” İnformasiya Agentliyinin “Media Məktəbi”nə qəbul davam edir

“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”nin növbəti qrupuna qəbul davam edir.

Jurnalistika ilə maraqlanan və bu sahə üzrə işləmək istəyən şəxslər agentliyə müraciət edə bilərlər. Təlimləri uğurla bitirən məzunlara sertifikatlar təqdim ediləcək.

"Report" Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu bildirib ki, növbəti qrupun məşğələləri rus dilində keçiriləcək: “Təlim rus dilində olduğundan yalnız rus dili biliyi yüksək səviyyədə olan şəxslərin müraciət etməsi məqsədəuyğundur. Jurnalistikaya həvəsi və dərin düşünmək qabiliyyəti olan, təlimlərə məsuliyyətli yanaşan şəxsləri "Report" Media Məktəbinə qəbul etməyə hazırıq”.

Qeyd edək ki, "Report" Media Məktəbini bitirən məzunlar artıq ölkənin bir sıra aparıcı KİV-ində uğurla çalışırlar.

Təlimdə iştirak etmək istəyənlər öz CV-lərini [email protected], [email protected] ünvanına göndərməlidir.

Son xəbərlər

Orphus sistemi