Baş redaktor: “Jurnalistikada ixtisaslaşmış kadrlara ehtiyac duyulur”

Baş redaktor: “Jurnalistikada ixtisaslaşmış kadrlara ehtiyac duyulur” Azərbaycan jurnalistikasında ixtisaslaşmış kadrlara ehtiyac duyulur.
Media
21 Dekabr , 2023 15:16
Baş redaktor: “Jurnalistikada ixtisaslaşmış kadrlara ehtiyac duyulur”
Timur Hüseynov

Azərbaycan jurnalistikasında ixtisaslaşmış kadrlara ehtiyac duyulur.

"Report" xəbər verir ki, bu barədə Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.

Baş redaktor jurnalistin yüksək peşəkarlığının gələcəkdə uğurlu karyera qurmaq üçün əsas məsələ olduğunu vurğulayıb: “2000-ci illərdə jurnalistin az qazanc əldə etdiyini düşünürdük. Hazırda isə yaxşı jurnalistin heç bir halda az gəlir problemi ilə qarşılaşacağını düşünmürəm”.

T.Hüseynov jurnalistikanın heç də rahat bir peşə olmadığını qeyd edib.

“Bizim peşənin çətinliyi rahatlığın olmamasına bağlıdır. Jurnalistliyi seçərkən bu işin ofisdə saat 9-dan 6-ya kimi sakitcə çalışmaq anlamından uzaq olduğunu bilməliyik. Sizi hər an işə çağıra bilərlər, bayramda da, istirahət günündə də. Bu, çətin olsa da, maraqlıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Timur Hüseynov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini 2005-ci ildə bitirib. 2003-cü ildən jurnalist kimi çalışır. 2009-cu ilə qədər Day.Az saytının sosial şöbəsinə rəhbərlik edib. 2010-cu ildən Armenia.Az saytının baş redaktorudur. 2021-ci ildən bu günə kimi Caliber.az informasiya-analitik portalının baş redaktoru vəzifəsini icra edir.

Son xəbərlər

Orphus sistemi