Bakı. 17 iyul. REPORT.AZ/ Şəki şəhərində ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.
Festival
Şəhər İcra Hakimiyyəti başçısının müavini, festivalın Təşkilat Komitəsinin üzvü Zərinə Cavadova bildirib ki, tədbirin rəsmi açılış mərasimi Şəki Olimpiya İdman Kompleksinin həyətində keçiriləcək. Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək geniş çeşiddə şirniyyat nümunələri ilə tanış olacaqlar. Festivalda 12 ölkədən – Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya Respublikası və İndoneziyadan gəlmiş qənnadıçılar, eləcə də Azərbaycanın 21 şəhər və rayonunun şirniyyatçıları hazırladıqları şirniyyatları nümayiş etdirəcəklər.
Münsiflər Heyəti şirniyyat nümunələrini qiymətləndirəcək, fərqlənənlər mükafatlandırılacaqlar.
Festival konsert proqramı ilə başa çatacaq.