"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə gerçəkləşəcək.
Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Əsərləri sərgilənən rəssamların (Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili Laşa Kuxalaşvili və digərləri) üslubunda bədii hədəflər fərqinə baxmayaraq, milli təcrübə, zəngin ənənələrlə sıx əlaqəsini qoruyub saxlaya bilib.
Sərgi iki həftə davam edəcək.