YUNESKO-nun baş direktoru və BMT baş katibinin ali nümayəndəsi Bakıya gəlirlər

YUNESKO-nun baş direktoru və BMT baş katibinin ali nümayəndəsi Bakıya gəlirlər Onlar III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər
Mədəniyyət siyasəti
14 May , 2015 13:25
YUNESKO-nun baş direktoru və BMT baş katibinin ali nümayəndəsi Bakıya gəlirlər

Bakı. 14 may. REPORT.AZ/ YUNESKO-nun baş direktoru İrina Bokova və BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser mayın 18-19-da Bakıda səfərdə olacaqlar. 

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, onlar  "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə mayın 18-19-da Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
Bu təşəbbüsün əsası 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub.

Bu prosesin davamlığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabrında Bakıda təşkil edilən İslam ölkələri mədəniyyət nazirlərinin konfransına yenə Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti dəvət olunub.

III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq.

Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının görüşü, mədəniyyət və turizm nazirlərinin ikinci dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi