Bakıdakı iki mədəniyyət evinin direktoru işdən çıxarılıb

Bakıdakı iki mədəniyyət evinin direktoru işdən çıxarılıb Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru və Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru vəzifədən azad olunublar
Mədəniyyət siyasəti
11 May , 2016 12:33
Bakıdakı iki mədəniyyət evinin direktoru işdən çıxarılıb

Bakı. 11 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan iki mədəniyyət evinin direktoru işdən çıxarılıb. 

Bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.

İdarədən bildirilib ki, Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğlu və Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru Həsənov Kənan Tahir oğlu idarənin müvafiq əmri ilə tutduqları vəzifədən azad olunub.

Son xəbərlər

Orphus sistemi