Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq

Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq Konsertdə Frants List, Robert Şumann kimi bəstəkarların məşhur əsərləri səslənəcək
Mədəniyyət siyasəti
22 Oktyabr , 2015 13:10
Bakıda Şimali Kiprdən olan musiqiçilərin konserti olacaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakıda "Vurğulu rənglər" adlı konsert proqramı keçiriləcək.

"Report" xəbər verir ki, konsert noyabrın 3-də "Kapelhaus" Alman-Azərbaycan mədəni cəmiyyətində keçiriləcək. Tədbir Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq.

Konsertdə Frants List, Robert Şumann kimi bəstəkarların məşhur əsərləri, eləcə də türk bəstəkarların əsərləri səslənəcək. Bu əsərləri Rüya Taner (piano) və Dinçer Özer (zərb musiqi alətləri) ifa edəcək.

Son xəbərlər

Orphus sistemi