Bakı. 20 dekabr. REPORT.AZ/ Parisdə, Luvr Muzeyinin Karusel salonunda SNBA fotosərgisinin mükafatlandırma mərasimi keçirilib.
Bu il Azərbaycanı SNBA-da beş fotosu ilə təmsil edən gənc fotoqraf Maya Bağırova sərginin “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.
Onun “Tənhalıq” və “Çöl gülləri” fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin “Fotoqrafiya” nominasiyasının iki qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi.