Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb

Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi
Mədəniyyət siyasəti
20 Dekabr , 2015 09:17
Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Parisdə, Luvr Muzeyinin Karusel salonunda SNBA fotosərgisinin mükafatlandırma mərasimi keçirilib.

Bu il Azərbaycanı SNBA-da beş fotosu ilə təmsil edən gənc fotoqraf Maya Bağırova sərginin “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.

Onun “Tənhalıq” və “Çöl gülləri” fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin “Fotoqrafiya” nominasiyasının iki qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi.

Son xəbərlər

Orphus sistemi