Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi təndir barədə məqalə yazıb

Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi təndir barədə məqalə yazıb Məqalədə təndirin Azərbaycan xalqının maddi mədəni nümunəsi və zəngin süfrə mədəniyyətinin göstəricisi olduğu bildirilir
Mədəniyyət siyasəti
6 Fevral , 2015 15:29
Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi təndir barədə məqalə yazıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasovun "Təndir - Azərbaycan xalqının maddi mədəni nümunəsi və zəngin süfrə mədəniyyətinin göstəricisi" ("Тaндыр-материальный культурный образец Азербайджанского народа и показатель богатой застольной культуры"" adlı məqaləsi özbək və qırğız mətbuatında geniş yayılıb.

Azərbaycanın Özbəkistandakı səfirliyindən "Report"a verilən məlumata görə, müəllif Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi olan “təndir” sözünün mənasını açır və bu sözün qədim türk xalqı şumerlərə məxsus olduğunu qeyd edir.

Azərbaycanda çörəkbişirmə mədəniyyəti, onun tarixinə nəzər salan Samir Abbasov min illər ərzində nəsillərdən nəsillərə ötürülmüş və el sənəti adlandırılan bu sənətə xüsusi hörmət olduğunu qeyd edir.

Məqalədə Azərbaycanda təndirlərin hazırlanması metodu işıqlandırlıb və hazırda texnologiyanın sürətli inkişafına baxmayaraq, Bakıda və respublikanın regionlarında müasir restoranların öz müştərilərinə təndir çörəyi və təndirdə hazırlanan bir sıra mətbəx nümunələrini həvəslə təqdim etdiyi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi