​Avropanın bir sıra şəhərlərində Novruz tonqalı yandırılacaq

​Avropanın bir sıra şəhərlərində Novruz tonqalı yandırılacaq TÜRKSOY-un təşəbbüsü ilə martın 21-i BMT-də Novruz bayramı günü elan edilib
Mədəniyyət siyasəti
17 Mart , 2015 16:21
​Avropanın bir sıra şəhərlərində Novruz tonqalı yandırılacaq

Bakı. 17 mart. REPORT.AZ/ Bu il TÜRKSOY Avstriyanın Vyana, Almaniyanın Köln və Fransanın Paris şəhərlərində Novruz bayramı ilə bağlı tədbirlər keçirəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib.

O xatırladıb ki, əvvəllər Novruz bayramı tədbirləri YUNESKO-nun Paris və Strasburqdakı mərkəzlərində, BMT Baş Assambleyasının Nyu-York və Vaşinqtondakı binalarında, eləcə də Britaniyanın paytaxtı Londonda qeyd edilirdi.

O deyib ki, bu il bayram tədbirləri bir çox dövlətlərdə keçiriləcək.

Xatırladaq ki, TÜRKSOY-un təşəbbüsü ilə martın 21-i BMT-də Novruz bayramı günü elan edilib.

Son xəbərlər

Orphus sistemi