Avstraliyaya qar yağıb

Avstraliyaya qar yağıb Sinoptiklər həftənin sonuna qədər qarlı hava proqnozlaşdırırlar
Maraqlı
14 İyul , 2015 08:36
Avstraliyaya qar yağıb

Bakı. 14 İyul. REPORT.AZ/ Avstraliyanın cənub-şərqində güclü küləklə müşahidə olunan qar yağıb.

"Report" xəbər verir ki, pis hava şəraitindən daha çox Viktoriya və Yeni Cənubi Uels ştatları zərər çəkib.

Antarktidadan ölkəyə daxil olan külək saatda 90 km sürətlə əsir. Küləyin sürəti bəzi bölgələrdə 125 km-ə çatır. Kvinslend ştatına isə qar son iki ildə ilk dəfə olaraq yağıb. Qar altında qalan bölgələrdə temperatur 0 dərəcəyə yaxın səviyyədə dəyişir.

Sinoptiklər həftənin sonuna qədər qarlı hava proqnozlaşdırırlar.

Qeyd edək ki, iyunun 1-dən Avstraliyada qış fəsli başlayıb.

Son xəbərlər

Orphus sistemi