​Rusiyada sükan arxasında siqaret çəkmək qadağan edilə bilər

​Rusiyada sükan arxasında siqaret çəkmək qadağan edilə bilər Bu tədbirin yol qəzalarının sayını azaldacağı bildirilir
Maraqlı
12 Mart , 2015 04:37
​Rusiyada sükan arxasında siqaret çəkmək qadağan edilə bilər

Bakı. 12 mart. REPORT.AZ/ Rusiya Gənclər Birliyi (RGB) istənilən kateqoriyalı sürücülərə sükan arxasında siqaret çəkməyin qadağan olunmasını təklif edir.

"Report" "Utro.ru"ya istinadən xəbər verir ki, təklif artıq Dövlət Dumasının Nəqliyyat komitəsinin sədri Yevgeni Moskviçevə göndərilib.

RGB əmindir ki, bu tədbir yol qəzalarının sayını azaldacaq və yollarda hərəkəti daha təhlükəsiz edəcək. Birliyin məlumatına görə, qəzalar çox vaxt sürücülərin təhlükəsizlik texnikasını pozması nəticəsində baş verir.

Son xəbərlər

Orphus sistemi