​Peruda qədim dövrlərə aid mumiyalar tapılıb - FOTO - VİDEO

​Peruda qədim dövrlərə aid mumiyalar tapılıb - FOTO - VİDEO Üç qadın və bir kişinin qalıqları paytaxt Peruda aşkar edilib
Maraqlı
28 Noyabr , 2015 01:27
​Peruda qədim dövrlərə aid mumiyalar tapılıb - FOTO - VİDEO

Bakı. 28 noyabr. REPORT.AZ/ Arxeoloqlar Perunun paytaxtı Limanın mərkəzində qədim Uaka Pukyana kompleksində dörd fərdi məzarlıq aşkar ediblər. Məzarlıqlar İçma dövləti mədəniyyətinə aiddir.

"Report" xəbər verir ki, Uaka Pukyana kompleksi inzibati və mərasim zonalarından ibarətdir.

Üç qadın və bir kişinin qalıqları ibadət üçün nəzərdə tutulmuş Böyük piramidaların üst hissəsində tapılıb. Onlar parçaya bükülmüş və oturaq vəziyyətdə üzü cənub-şərqə dəfn olunublar.

İçma dövləti Perunun mərkəz sahillərində, hazırkı paytaxt Limadan cənubda bir neçə əsrlər boyu mövcud olub və 1440-1450-ci illərdə İnk imperiyası tərəfindən süquta uğradılıb.

Son xəbərlər

Orphus sistemi