Bakı. 11 mart. REPORT.AZ/ Bu il iyunun 7-9-da əfsanəvi braziliyalı futbolçu Pelenin şəxsi əşyaları Londonda muzeydə hərraca çıxarılacaq.
"Report" xəbər verir ki, bu haqda İngiltərə KİV-i məlumat yayıb.
Məlumata görə, 75 yaşlı Pelenin idman formaları, topu, kuboku, butsisi, üzükləri, döş nişanları və medallarından ibarət kolleksiyası hərraca çıxarılacaq.
Bu hərracdan əldə edilən gəlirin bir hissəsi Braziliyadakı uşaq xəstəxanasına hədiyyə ediləcək.